Azərbaycanda partiya sədri mətbuat xidmətinin rəhbərini işdən qovdu

19-07-2015, 20:14           
Azərbaycanda partiya sədri mətbuat xidmətinin rəhbərini işdən qovdu
Ötən gün Ana Vәtәn Partiyasının sәdri, deputat Fәzail Ağamalı partiyanın mәtbuat xidmәtinin rәhbәri Ayşәn Ayxanı "Facebook" profilindә Almaniya bayrağını örtük fotosu elәdiyi üçün işdәn çıxarıb.

Arqument.Az xəbər verir ki, bu hadisə barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, bundan әvvәl Ayşәn Ayxan Әbülfәz Elçibәyin portretini örtük fotosu etdiyi üçün işdәn çıxarılsa da, sonradan geri qaytarılıbmış.

Baş verənıərlə bağlı Ayşən Ayxan da status paylaşıb:

"Məlum olduğu kimi hazırda coverimdə olan şəkli cover etdiyim üçün işdən azad edilmişəm.Bildiyiniz uyğun vakansiyalar varsa bildirməyinizi rica edirəm.Çünki işləməyim vacibdir,hətta o dərəcədəki bir həftə belə işsiz qalmağım çox böyük itkidir mənim üçün.İşə necə ehtiyacım olduğunu, maddi sıxıntılarımı bilə-bilə belə absurdcasına məni işdən çıxardana və buna səbəbkar olana isə uzun ömür can sağlığı diləyirəm. Necə deyərlər kəsər dönər , sap dönər, gün gələr hesab dönər. Müqəddəs hesab etdikləri ayda gördükləri "səvab" iş mükafatsız qalmaz ümid edirəm", - deyə o yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru