Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu - FOTO

5-09-2017, 15:23           

NATO-nun Gürcüstanda keçirilən "Agile spirit 2017" təlimlərinin rəsmi loqosunda Ermənistan bayrağının əvəzinə Azərbaycan bayrağının görüntüsü əks olunub.

AzVision.az ermən KİV-lərinə istinadən xəbər verir ki, bu, Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İşğalçı ölkə rəsmiləri hesab edir ki, Ermənistan bayrağı qəsdən çıxarılıb, yerinə Azərbaycan bayrağı qoyulub.

Ermənistanın "Agile Spirit-2017" təlimlərində iştirakı gözlənilsə də, sonradan imtina edilib.

"Erməni hərbçilər təlimlərin rəsmi açılış mərasiminə gəlməyib və iştirak etməyiblər. Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindən indiyə kimi heç bir açıqlama almamışıq"- deyə Gürcüstanın Müdafiə Nazirliyinin ictimaiyyət və strateji kommunikasiya bölməsinin rəhbəri Nino Tolordava bildirib.

Qeyd edək ki, Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə “Agile Spirit 2017” hərbi təlimlər keçirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur.

ABŞ-ın dəniz piyadalarının da qatıldığı “Agile Spirit” təlimləri yeddinci dəfə keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.