Rus deputat Bülbüloğludan Anar üçün yardım istədi

27-09-2017, 14:06           
Rus deputat Bülbüloğludan Anar üçün yardım istədi
Xabarovskın millət vəkili Anar Allahverənovu xilas etmək üçün Polad Bülbüloğluna müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgeninin seçicilər və Azərbaycan diasporunun üzvləri ilə birlikdə Anar Allahverənovun müdafiəsində yardım göstərməsi üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət ünvanlandığı bildirilir.

Xatırladaq ki, avqustun 20-də səhər tezdən kafelərdən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionu Draçevlə davaya çıxıb və ona öldürücü zərbə endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Anar hadisədən sonra qaçıb. Federal polisin və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.