Dəmirçiyan: “Ermənistanda hakimiyyəti dəyişmək lazımdır”

29-07-2015, 12:55           
Dəmirçiyan: “Ermənistanda hakimiyyəti dəyişmək lazımdır”
Konstitusiya islahatları ilə əlaqədar Ermənistan hakimiyyət dairələri həmişə məğlubiyyətdən əziyyət çəkdikləri prezident seçkilərini təxirə salmaq istəyir. Azadinform Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqresindən olan millət vəkili, Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyan deyib. O bildirib ki, hazırda konstitusiyanı dəyişmək üçün ictimai tələbat yoxdur: “Ölkədəki böhranın səbəbi konstitusiyanın mükəmməl olmaması deyil, onun pozulmasıdır”. Dəmirçiyan əlavə edib ki, Ermənistanda hakimiyyəti dəyişmək və konstitusiyaya hörmət ənənəsi yaratmaq lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.