Moskvadan at gedişi:Dünyada yeni münaqişə yaranacaq

10-11-2017, 08:54           
Moskvadan at gedişi:Dünyada yeni münaqişə yaranacaq
Suriya böhranı, demək olar ki, bitib. ABŞ-ın yeni silahlı münaqişələrə ehtiyacı var. Xüsusilə də Rusiya sərhədlərində...

Bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin rəhbəri Viktor Bondarev ABŞ Konqresinin təsdiq etdiyi yeni büdcə layihəsi ilə bağlı açıqlamasında deyib.

“Bu büdcə artırılmasına eynilə qarşılıq verə bilmərik. Yəni büdcəmizi artırmayacağıq. Bizim büdcəmiz müdafiə ehtiyacımızı tam olaraq qarşılayır. ABŞ-ın zəifləyən dolların axınını təmin etmək üçün yeni “teatr səhnələri”nə ehtiyacı var”, - Bondarev qeyd edib.

Qeyd edək ki, Konqresin təsdiq etdiyi büdcə layihəsinə görə, Avropada Rusiya təcavüzkarlığının qarşısını almaq üçün 4.6 milyard dollar ayrılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru