“Ona görə öldürdüm ki...” - Qardaşını edam edən İŞİD-çidən ŞOK İFADƏ - FOTOLAR

10-11-2017, 09:21           

Şimali İraqda İŞİD terror təşkilatına qarşı çıxdığı üçün böyük qardaşını edam edən Abdulxaliq Abdulqadir Əlinin ilk ifadəsi məlum olub.
Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, İŞİD terrorçusu qardaşını qruplaşmaya bağlılığını sübut etmək məqsədiylə öldürdüyünü deyib.
2016-cı ildə qardaşını öldürən Abdulxaliq Abdulqadir Əli dünən Türkiyənin Kayseri şəhərində tutulub. İraq əsilli terrorçu qardaşı Abdurrahmanın başından atəş açaraq öldürmüşdü və görüntüləri videoya çəkdirərək internetə yerləşdirmişdi.
Gizli yollarla Türkiyəyə keçən Abdulxaliq Abdulqadir Əli edam hökmünü icra etmiş və internetdə videosu yayılmış ilk İŞİD üzvüdür ki, sağ ələ keçirilir.
Terrorçunun sözlərinə görə, özündən bir yaş böyük qardaşı Abdulkadir Əbdürrəhman İraqda polis vəzifəsində idi. Əbdürrəhman İŞİD-ə qarşı çıxdığı üçün terror qruplaşması tərəfindən barəsində ölüm hökmü verilir. Onun öldürülməsi barədə əmr isə İŞİD-ə sədaqətinin sübut etməsi üçün kiçik qardaşı Abdulxaliq Abdulqadir Əliyə verilir. Abdulqadir Əli isə İŞİD-ə sədaqətini sübut etmək üçün ona verilən əmri yerinə yetirir.
Məlumata görə, kəşfiyyat işləri nəticəsində onun təxminən 20 gün əvvəl qeyri-qanuni yollarla Suriya üzərindən Hataya daxil olduğu müəyyən edilib. Kayseridə tutulan terrorçunun həyat yoldaşı və 2 uşağının da təxminən 2 ay əvvəl şəhərə gətirildiyi məlum olub.
Hazırda Əlinin digər İŞİD üzvləri ilə əlaqələri araşdırılır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.