ABŞ-ın İslamabaddakı səfiri Trampın ittihamları ilə əlaqədar Pakistan XİN-ə çağırılıb

2-01-2018, 10:19           
ABŞ-ın İslamabaddakı səfiri Trampın ittihamları ilə əlaqədar Pakistan XİN-ə çağırılıb
ABŞ prezidenti Donald Trampın "Twitter"də İslamabad əleyhinə tənqidindən sonra bu ölkənin səfiri Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu barədə "News International" mənbəyə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, prezident Donald Trampın əsassız ittihamına narazılıq bildirmək üçün səfir Devid Xeyli Pakistanın Xarici Siyasət İdarəsinə dəvət olunub.

Daha əvvəl Tramp "Twitter"də yazaraq bildirib ki, ABŞ İslamabada maddi yardım göstərib. Lakin Pakistan terrorçuluqla mübarizədə Birləşmiş Ştatlara kömək etməyib və Əfqanıstandan olan silahlıları gizlədib. Amerika lideri bildirib ki, bu, daha olmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.