Qətər Əmiri "Zeytun budağı" hərbi əməliyyatını dəstəkləyir

25-01-2018, 12:41           
Qətər Əmiri "Zeytun budağı" hərbi əməliyyatını dəstəkləyir
Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyatı dəstəkləyir.

Trend-in məlumatına görə, Qətər Əmiri ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı öz dəstəyini ifadə edib.

Al Tani qeyd edib ki, Qətər Türkiyənin terror təşkilatlarına qarşı mübarizə üzrə bütün səylərini dəstəkləyir: "Türkiyənin öz təhlükəsizliyini təmin etməyə tam haqqı var".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru