Parlamentin komitəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini geri qaytarıb

25-01-2018, 20:21           
Parlamentin komitəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini geri qaytarıb
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, qanun layihəsi 8 fəsil 39 maddədən ibarətdir və Azərbaycanda əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir.

Müzakirələr zamanı fikir ayrılığı yaranıb, bəzi məsələllərin yeni qanun layihəsində əks olunmadığı qeyd olunub. Bildirilib ki, qanun layihəsinin müzakirəsi əlil cəmiyyətləri ilə də aparılmalıdır, sonra plenar iclasa tövsiyə olunmalıdır.

Qanun layihəsinə yenidən baxılması üçün Milli Məclisin Sosial qanunvericilik şöbəsinə göndərilib.

Qeyd edək ki, hazırda tətbiq olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə hazırlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru