Pentaqon rəhbəri: Türkiyənin Afrindəki əməliyyatı diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər

26-01-2018, 09:04           
Pentaqon rəhbəri: Türkiyənin Afrindəki əməliyyatı diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər
ABŞ ehtiyat edir ki, Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində apardığı hərbi əməliyyat diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib.

"İŞİD işi tam bitməyib. Biz Türkiyə ilə bu məsələni hərbi səviyyədə, XİN rəhbərləri və dövlət başçları səviyyəsində müzakirə edirik", - deyə Mettis bildirib.

Onun sözlərinə görə, əməliyyat keçirildiyi vaxt və əhatə etdiyi miqyasa görə məhdudlaşdırılmalıdır. Eyni zamanda mülki insanlar arasında qurbanlar olmamalıdır.

"Bütün bunlara baxmayaraq, biz Fərat çayı vadisində qızğın döyüşlər üzərində fikrimizi cəmləşdirmək istəyirik", - deyə Pentaqon rəhbəri vurğulayıb.

ABŞ bir neçə dəfə Türkiyənin PKK-nın Suriyadakı qolları tərəfindən terror təhlükəsi olması barədə ehtiyatlılığını anladığını bildirib. Lakin rəsmi Ankaranı təmkinli olmağa çağırıb. Afrindəki hərbi əməliyyat ABŞ və Türkiyə prezidentləri - Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı əsas müzakirə mövzularından olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.