Kissincer: Ukraynanı NATO-ya üzv etmək müdrik fikir deyil

26-01-2018, 09:11           

Mən qeyri-populyar bir mənzərəni ifadə edəcəyəm: Ukraynanı NATO-ya daxil etməyə çalışmaq müdrik fikir deyil, ancaq Rusiyanın bir peyki olmasına da icazə verilməməlidir.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ senatının müdafiə komitəsinin dinlənmələrində çıxışı zamanı deyib.

Onun fikrincə, Rusiyaya görə, Ukrayna 400 il onun ərazisinin bir hissəsi olub: “Digər tərəfdən bu ərazilər Avropa İttifaqı ilə bir sıra sahələrdə möhkəm əlaqələrə malikdir”.

Sabiq dövlət katibi bildirib ki, Ukrayna hadisələrin inkişafı nəticəsində hərbi sahədə olduğu kimi iqtisadi sferada da müstəqil olacaq və öz prioritetləri barədə məsələləri azad şəkildə həll edə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru