XİN: Rusiya yeni ABŞ sanksiyalarına cavab vermək hüququnu özündə saxlayır

27-01-2018, 09:30           
XİN: Rusiya yeni ABŞ sanksiyalarına cavab vermək hüququnu özündə saxlayır
ABŞ hökuməti Moskvaya qarşı sanksiyaların genişləndirilməsi, Rusiya ilə iqtisadi və digər əlaqələri qırmağı düşünürsə, bu onların haqqıdır. Rusiya tərəfi cavab vermək hüququnu özündə saxlayır.



APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda deyilir.



“Vaşinqtonda illüziyalardan xilas ola bilmirlər ki, Rusiyanı vizaların ləğvi, ticarət qadağaları ilə qorxutmaq, beynəlxalq arenada müstəqil kurs yeritmək və özünün milli maraqlarını qorumaqdan çəkindirmək qeyr-mümkündür. Mənasız sanksiyalar kampaniyası isə yalnız ABŞ biznesi üçün maliyyə itkisinə çevriləcək”, bəyanatda vurğulanıb.



Qeyd edək ki, bu gün ABŞ Maliyyə nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yeni məhdudlaşdırıcı tədbirlərin Ukraynadakı vəziyyətlə əlaqədar olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru