Rusiya tanklarımızı vurmaq üçün İrəvana LAZER SİLAHI VERDİ - ÜÇ SİRLİ MƏQAM
29-01-2018, 22:31
Ermənistan tank əleyhinə ən müasir silah sayılan “Kornet – E” raket kompleksini nümayiş etdirib.
teref.az xəbər verir ki, rəsmi İrəvan raket kompleksini Rusiyanın Ermənistana verdiyini açıqlayıb.
Raket kompleksi lazer şüası ilə idarəetmə qabiliyyətinə və 5,5 kilometr uzaqlıqda olan hədəfi məhv etmə gücünə sahibdir.
Rusiyada ermənipərəst “Reqnum” agentliyi yazır ki, raket kompleksi Azərbaycanın tanklarını asanlıqla sıradan çıxara bilər.
Lakin bu informasiya Ermənistan ictimaiyyətində inandırıcı qarşılanmayıb.
1. Raket kompleksi Gümrüdə nümayiş olunub, hansı ki, Rusiyanın 102-ci hərbi bazası bu şəhərdə yerləşir. Ehtimal olunur ki, raket kompleksi Rusiyanın hərbi bazasına aiddir, sadəcə olaraq, erməni ictimaiyyətini aldatmaq üçün Ermənistana verildiyi görüntüsü yaradılır.
2. Raket kompleksinin Ermənistana verilməsi xəbəri “Reqnum” agentliyində yayılıb. Rusiyada ermənipərəst mövqeyi ilə tanınan bu agentlik Kremlin nəzarətindədir və bu informasiya da məhz Kremlin istəyinə uyğun olaraq məqsədli şəkildə yayılıb.
3. Ən nəhayət, raket kompleksinin Ermənistana verilməsi xəbəri Rusiyanın yanvarın 19-da Azərbaycana yeni hərbi texnika satmasından sonra erməni ictimaiyyətində yaranan narazılığı sakitləşdirmək gedişidir.
Bu baxımdan, Ermənistan ictimaiyyəti raket kompleksinin erməni ordusuna məxsus olduğuna inanmır. /Publika.az/