ABŞ Dövlət Departamenti: Rusiyaya qarşı sanksiyalar digər ölkələrin şirkətlərinə toxuna bilər
30-01-2018, 08:31
Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar bu ölkə ilə işgüzar əlaqədə olan digər ölkələrin şirkətlərinə toxuna bilər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“Yeni sanksiyalar tətbiq edildiyi halda məhdudlaşdırıcı tədbirlər həmçinin Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə əlaqəli digər ölkələrin şirkətlərini də əhatə edəcək”, məlumatda vurğulanıb.
Dövlət Departamentində bildiriblər ki, bununla bağlı Rusiya ilə ticarət əlaqəsi olan hökumət və şirkətlər artıq məlumatlandırılıb.
Qeyd edək ki, yanvarın 29-da ABŞ Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların detallarına dair Konqresə məxfi sənəd göndərib