Navalnı niyə Rusiyanı ayağa qaldırır? – Putinin savaş ordusu
30-01-2018, 09:41
Aleksey Navalnının rəhbərliyi ilə Rusiyada baş tutan etirazlar Kremlin layihəsinin bir hissəsidir.
Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına müsahibəsində ukraynalı hərbi ekspert Oleq Jdanov söyləyib. Onun sözlərinə görə, bu ssenaridə Navalnı mənfi qəhrəman, müxalifətin digər təmsilçisi Kseniya Sobçak isə müsbət qəhrəman rolunu oynayır:
“Bununla Kreml xalqın daxilindəki aqressiyanı buraxmağa imkan yaradır. Bəziləri Navalnıya qarşı, bəziləri isə onun yanındadır. Bu oyunda heç nə nəzarətdən çıxmayacaq. Ona görə ki, 400 minlik Milli Qvardiya yaradılıb və Putin artıq daxili müharibəyə tam hazırdır”.
Qeyd edək ki, dünən Navalnının çağırışı ilə Rusiyada etiraz aksiyaları keçirilib. 112 şəhəri əhatə edən aksiyalarda Navalnı da daxil olmaqla 256 nəfər saxlanılıb.