ABŞ: Moskva bizə görə MİLYARDLAR İTİRDİ

30-01-2018, 12:10           
ABŞ: Moskva bizə görə MİLYARDLAR İTİRDİ
ABŞ-ın Rusiya müdafiə sənayesinə qarşı qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər artıq Moskvanının milyardlarla dollar itirməsinə səbəb olub.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib. Onun sözlərinə görə, hələlik Rusiyaya qarşı yeni sanksiyalar tələb olunmur:
“Qanunun fəaliyyətə başlamasından sonra bizim hesablamalarımıza görə, xarici hökumətlər planlaşdırılmış və ya elan edilmiş milyardlarla dollarlıq məhsul alışından imtina edib. Bu qanun faktiki olaraq Rusiyanın qarşısının alınması faktoru daşıyır”.
Qeyd edək ki, Tramp administrasiyası Konqresə “Kreml hesabatı” sanksiyalar paketini verib. Həmçinin, ABŞ-ın Rusiya hərbi sənaye şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib./axar/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru