Azərbaycanın iki bankını bu şirkət müflis etdi

30-01-2018, 14:11           
Azərbaycanın iki bankını bu şirkət müflis etdi
ABŞ-da KPMG-nin dələduzluq və digər cinayətlərə görə 6 rəhbər şəxsi həbs olunub. Onlar nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alaraq, qeyri-peşəkar fəaliyyətlərini bu cür ört-basdır ediblər.

Axar.az xəbər verir ki, bu sözləri bank eksperti Əkrəm Həsənov qeyd edib. O bildirib ki, şirkət Azərbaycanda da iki bankın müflisləşməsinə səbəb olub:

“Azərbaycanda da KPMG-nin qeyri-peşəkarlığı “Bank Standard” və “Texnikabank”ın müflisləşməsinə səbəb olub. Üstəlik, ölkəmizdə nümayəndəliyi vasitəsilə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Həm də işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən ermənilərin “Artsakhbank”ının auditorudur.

KPMG-nin reputasiyası bütün dünyada darmadağın olur. Xəbərdarlıq edirəm: KPMG ilə, o cümlədən onun yoxladığı şirkətlərlə ehtiyatlı olun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru