Bankların yarısına istiqraz çatmadı - HƏRRACDA AJİOTAJ

30-01-2018, 22:07           

Yanvarın 30-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan FED.az-a verilən məlumata görə, Maliyyə Nazirliyinin AZ0106001693 ISIN-li, 15 mln. manat həcmli istiqrazlarının müddəti 1092 gün, yəni 3 illik olub.

Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 82.5789 AZN (20.0000%) və 100.2955 AZN (11.8800%) olan 15 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1834 AZN (14.9000%), orta ölçülmüş qiyməti 97.0084 AZN (13.2406%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44 811 500,00 yerləşdirilən həcmi isə 15 mln manat təşkil edib Başqa sözlə, həcmi 15 milyon manat olan istiqrazlara 44 milyon manat və ya 3 qat artıq tələb gəlib.

Bu, dövlət istiqrazlarına marağın böyük olmasının göstəricisidir ki, o da öz növbəsində banklardakı izafi manat likvidliyinin və kreditlərə tələbatın aşağı olmasından qaynaqlanır. Bu vəziyyətdə bankların öz vəsaitlərini istiqrazlara yerləşdirməkdən başqa çarəsi qalmır. Məhz buna görə, Maliyyə Nazirlinin dövlət istiqrazları, Mərkəzi Bankın notları və depozit hərraclarında hər həftə «baş yarılır».
İstiqrazların ödəmə tarixi 26 yanvar 2021-ci il.
Hərrac iştirakçıları 31 yanvar 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.