Pentaqonun sabiq nümayəndəsi: "Özümüzü aldatmayaq, PYD PKK-dır"

31-01-2018, 00:04           

“Əgər Amerikanın Orta Şərqdə həyati əhəmiyyətli maraqları varsa, buna öz ortaqları ilə müvəffəq ola bilər”.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu sözləri Corc Buşun hakimiyyəti dövründə Pentaqonun aparat rəhbərinin müavini olmuş Maykl Doran Vaşinqtondakı Hudson Universitetində təşkil olunmuş paneldə çıxışı zamanı deyib.

M. Doran bildirib ki, PYD elə PKK deməkdır: "Özümüzü aldatmayaq, PYD PKK-dır. Türklərə verdiyimizi təminatları yerinə yetirdyimizlə bağlı güclü şübhələrim var. Suriyada PKK-nı silahlandırmağın böyük nəticələri oldu. PKK-nın Rusiya və İranla yaxşı əlaqələri var. İndi bizimlə müttəfiq oldular. İŞİD-i məğlub etmək üçün bizim oraya əsgər göndərməyimizə ehtiyac qalmadı, amma Türkiyə geri plana atıldı və vaxtilə bizim güclü şəkildə Suriyaya müdaxilə etməyimizi istəyən ortağımızı təsirsiz hala gətirdi.Əgər biz indi Suriyanı tərk etsək, YPG-PKK avtomatik olaraq Rusiay və İrana yaxınlaşacaq. Bu da ruslara türklər üzərində təzyiq qurmaq fürsəti verəcək. Moskva hal-hazırda da bu gücdən istifadə edir, Türkiyəni NATO-dan və Amerikadan ayırmaq istəyir."

M. Doran qeyd edib ki, ABŞ Türkiyəyə münasibətdə dürüst olmayıb: "Türkiyənin maraqlarını görməzdən gələ bilərikmi? Qəti şəkildə yox. Çünki Türkiyə həyati bir ortaqdır. Türkiyəni yalnızlaşdırsaq, durum indikindən daha pis ola bilər".

Pentaqonun keçmiş əməkdaşı bəyan edib ki, Türkiyə Suriyanın şimalında PKK dövlətinin qurulmasına imkan verməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.