Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların yekun məqsədini açıqlayıb

31-01-2018, 08:46           
Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların yekun məqsədini açıqlayıb
ABŞ sanksiyalarının yekun məqsədi “düşmənçilik fəaliyyəti” ilə məşğul olan Rusiya hakimiyyətinin gəlir əldə etməsinin qarşısını almaqdır.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.



“Yekun məqsəd – Rusiya hökumətinin əldə etdiyi mühüm gəlirin qarşısını almaqdır”, - deyə amerikalı diplomat bildirib.



Onun sözlərinə görə, ABŞ bununla Rusiyanın xərcləri və Ukraynaya dair düşmənçilik fəaliyyəti ilə məşğul olduğunu xatırlatmaq niyyətindədir.



Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin avqustun 2-də Rusiya, İran və KXDR-ə qarşı yönəlmiş “ABŞ-ın düşmənlərinə sanksiyalar vasitəsilə təsir edilməsi” haqqında qanunu (CAATSA) imzalayıb.



Qanuna əsasən, Rusiyanın müdafiə, yaxud kəşfiyyat sektoru müəssisələri ilə yüksək məbləğdə sazişlər bağlayan xarici şirkət və şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.



Qanun yanvarın 29-dan icra olunmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru