May ayında əfv gözlənilir - VİDEO

29-03-2018, 20:10           
May ayında əfv gözlənilir - VİDEO
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası yeni amnistiya ilə bağlı fevral ayından işlərə başlayıb.

Dia.az xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Komissiyanın üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, komissiya fevral ayından etibarən daxil olan yeni mürəciətləri obyektiv araşdırmağa start verib.

“Məlum oldu ki, müraciətləri araşdırmaq müəyyən vaxt tələb edir. Əfv komissiyasının üzvləri arasında müxtəlif funskiyaları həyata keçirən dövlət nümayəndələri var. Təbii ki, bunların hamısını növbələşdirmək lazımdır. Təqdim olunan sənədlərin obyektiv araşdırılması lazımdır. Bu isə vaxt tələb edir”, – deyə Əliməmməd Nuriyev qeyd edib.

Onun sözlərinə görə, prezident İlham Əliyev əfv fərmanını may ayında imzalaya bilər.

“Güman edirəm ki, əfv fərmanı may ayında ola bilər. Çünki bu ayda cümhuriyyətimizin 100 illiyi, ümummilli Heydər Əliyevin 95 illiyi olacaq”, – deyə komissiya üzvü bildirib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru