Ağ Ev: “İsrailin öz suverenliyini müdafiə etmək hüququ var”

10-05-2018, 08:36           

Ağ Ev bu gecə Suriya-İsrail sərhədində, Qolan yüksəkliklərində baş verən hadisələrə münasibət bildirib.



APA-nın xəbərinə görə, Ağ Evin sözçüsü Sara Sanders “Fox News” telekanalına müsahibəsində ABŞ-ın İsraili tam dəstəklədiyini bəyan edib.



“Bu hücum bir daha sübut edir ki, İrana etibar etmək olmaz. İsrailin öz suverenliyini müdafiə etmək üçün tam hüququ var. İsrailin özünümüdafiəyə yönələn hər bir addımını ardıcıl şəkildə dəstəkləyəcəyik”, deyə S.Sanders vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru