Rusiyanın bu raketi hər cür hədəfi məhv edə bilər - Leonkov

24-05-2018, 09:50           
Rusiyanın bu raketi hər cür hədəfi məhv edə bilər - Leonkov
"Sarmat" harada olursa olsun, hər cür hədəfi tam məhv edəcək, onu heç bir raket müdafiə sistemi dayandırmayacaq.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksey Leonkov "Sarmat"ın özəlliyindən danışarkən söyləyib.

"Bu xüsusiyyətlər qarşı tərəfin hava müdafiə sistemlərinin başlıqlara bağlanmasını və onların işə düşməsini əngəlləyir. "Sarmat" raketlərinin uçuş məsafəsi təxminən 18 min kilometrdir, bu, o deməkdir ki, raket həm Şimal, həm də Cənub qütbü üzərindən dünyanın hər hansı bir nöqtəsinə atıla bilər. Faktiki olaraq bu, bir meteordur və hələlik dünyada heç bir sistem onu vuracaq gücdə deyil", - Leonkov qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.