“Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var” – Putin

25-05-2018, 02:11           
“Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var” – Putin
Azərbaycan iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu bildirən Vladimir Putin qeyd edib ki, dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəliyə aid mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar.

Rusiya Prezidenti məktubunda yazır: “Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hərtərəfli möhkəmləndirəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru