Azərbaycanda doğulmuş və hazırda Rusiyada yaşayan erməni Bakıya gəlib. "Tezadlar.az" xəbər verir ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bagiryan Eduard Apkaroviçin səfərini platforma təşkil edib.
Məlumatda bildirilib ki, E.Apkaroviç hazırda Moskvada yaşayır. O, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvüdür.