Əhliman Əmiraslanovun qərarı seçkidən sonraya qaldı

16-09-2015, 16:38           
Əhliman Əmiraslanovun qərarı seçkidən sonraya qaldı
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlama verərək həm rektor, həm də deputatlıq səlahiyyətləri daşıyan şəxslərin qarşısında seçim qoyulduğunu bildirib.

Bəs hazırda rektor eyni zamanda deputat olan vəzifəlilər hansı addımı atacaqlar?

Məsələni araşdıran Hafta.az- ilk öncə Tibb Univeristeti ilə əlaqə saxladı. Univeristetdən xəbər verən mənbənin məlumatına görə, rektor Əhliman Əmiraslanov hələ ki, işinin başındadır. O, seçkiləri gözləyir və seçkilərə qatılaraq qalib gələcəyi halda univeristetdəki vəzifəsini tərk edəcək.

Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin, həmçinin Azərbaycan Dövlət Pedaqoji Univeristetinin rektor Aqiyə Naxçıvanlı haqda da hələ ki qəti bir fikir yoxdur. Belə ki, hər iki rektor deputatın təhsil müəssisəsindəki otaqları əvvəlki qaydada qalıb. Qəbula düşmək istəyən tələbələri məlumatlandıran stendlər də öz yerindədir.

Azərbaycan Dövlət Dillər Univeristetində isə vəziyyət bir qədər fərqlidir. Aznews.az saytının verdiy xəbərə görə, rektor Səməd Seyidov artıq otağında olan şəxsi əşyaları univeristetdən çıxararaq qarşıdan gələn seçkilərə hazırlaşır.

Qeyd edək ki, Bakı Dövlət Univeristetinin rektoru Abel Məhərrəmov seçkilərdə qatılmaqdan imtina etdiyini bildirib. O, univeristetdə rektor kimi qalacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.