TANAP-ın həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi insanı düşünməyə vadar edir - Əflatun Amaşov

16-07-2018, 12:10           
TANAP-ın həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi insanı düşünməyə vadar edir - Əflatun Amaşov
Bu gün Azərbaycanda sosial şəbəkələrdə 3 milyona qədər insan var və çox təəssüf ki, Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Media: Dini radikalizmlə mübarizə” adlı konfransda deyib.

Ə.Amaşov bildirib ki, ona görə də bu sahədə olan məsələlərə aydınlıq gətirilməsinə çalışılır.

MŞ sədri vurğulayıb ki, kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil.

Ə.Amaşov bildirib ki, mühüm layihə olan TANAP layihəsinin həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi insanı nələrisə düşünməyə vadar edir:

“Baş verən hadisələrlə İslam dininin əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istəyirlər. Azərbaycan mediası bunu görür, mediada çalışanlar isə Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini düzgün qururlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru