"Siyasi "təkərqaraldanlar" tökülüşdülər üstümə" - Murad Köhnəqala

8-08-2018, 21:05           
"Siyasi "təkərqaraldanlar" tökülüşdülər üstümə" - Murad Köhnəqala
Bir neçə gündür yazar Murad Köhnəqala ilə müxalifət çevrəsi arasında gərginliklər yaşanır.
Bununla bağlı Metbuat.az –a açıqlama verən Murad Köhnəqala hadisəyə belə münasibət bildirdi:
“Hər şey dustaq Mehman Hüseynovun anasının dəfninə buraxılmağından başladı. Bu gənc bloger dəfnə gələn kimi özünü toy-bayramdakı kimi apararaq deyib-gülür, hırıldayırdı. Onun bu davranışı mənə təccüblü gəldi və soyuqqanlılığına irad bildirərək yazdım ki, inanmıram, doğma anasının yasında hırıldayan adamda milli heysiyat olsun. Vəssalam! Siyasi "təkərqaraldanlar" tökülüşdülər üstümə ki, sən hakimiyətə satıldığına görə bizim qəhrəmanı təhqir edirsən. Dəfələrlə izah eləməyə çalışdım ki, mən Mehmanı təhqir eləməkdən uzağam, sadəcə, onun bu halından xoşum gəlmədiyini bildirirəm. Təkərqaraldanlar sürü halında üstümə tökülüşdülər. Məni şərhlərdə və inboksda təhqir, təhdid elədilər. Mən də cavab olaraq yazdım ki, özünüz bilərsiniz, kim istəyir öz anasının yasında hırıldaya bilər. Yəni, bunlar üçün hırıldamaq sezonunu açıq elan elədim."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru