Amerikalı prezident: “Tualet təmizləməkdən vaz keçin, ölkənizə qayıdın”

31-08-2018, 08:52           
Amerikalı prezident: “Tualet təmizləməkdən vaz keçin, ölkənizə qayıdın”
Venesuela prezidenti Nkolas Maduro iqtisadi böhran səbəbilə ölkəni tərk edən vətəndaşlara müraciət edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Maduro canlı yayımda müraciəti zamanı sərt ifadələr istifadə edib.

O vətəndaşlara “başqa ölkələrdə tualet təmizləməkdən vaz keçin, ölkənizə qayıdın” deyə müraciət edib.

Qeyd edək ki, inflyasiya səbəbilə ölkəni 2 milyona yaxın vətəndaş tərk edib.

“Müxalifət “ölkəni tərk edin” çağırışları edir. Və bəzi ölkələrdə də hökümət əvvəl “gəlin” deyir. İndi də “qaçqınlar bizə zülm edirlər” deyə şikayət edir. Çoxu burada evini, avtomobilini satıb gedib, Kolumbiyada qul kimi işləyir” — deyə ölkə lideri qeyd edib.

Reuters-in məlumatına görə, Venesuelladan Kolumbiyaya 1 milyon, Peruya isə 400 min vətəndaş gedib.

Yeri gəlmişkən qeyd edək ki, Cənubi Amerika ölkələrinin xarici işlər nazirləri gələn həftə Ekvadorda bir araya gələrək Venesueladakı qaçqın böhranını müzakirə edəcək. Peru böhranın BMT-də müzakirə edilməsi təklifini irəli sürüb.

Məlumata görə, inflasiya durmadan artır. Belə ki, hər 26 gündən bir qiymətlər ikiqat bahalaşır. Buna görə də insanlar qida və digər məhsulalrı almaqda çətinlik çəkir. Hazırda Venesuelada bir fincan qəhvə 2,5 milyon bolivardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru