Tramp haqqında yazılan kitab satış rekordu qırdı

13-09-2018, 05:02           
Tramp haqqında yazılan kitab satış rekordu qırdı
Məşhur Amerikalı jurnalist Bob Vudvordun "Qorxu: Trump Ağ Evdə" adlı kitabı, bazara çıxdığı ilk gündə 750 mindən çox satılaraq, son 3 ildə ölkədə ən tez və çox satılan kitablardan olub.

Open.az xəbər verir ki, məşhur amerikalı jurnalist Bob Vudvordun qələmə aldığı və Donald Trampın rəhbərlik etdiyi Ağ Evdə baş verənlərə münasibətinin ciddi mübahisələrə səbəb olan kitab, ölkə daxilində ilk gününü rekordla başa vurub.

Kitabın naşiri "Simon&schuster" tərəfindən verilən açıqlamada, dünən rəflərdə yerini alan kitabın ilk 24 saatda 750 mindən artıq satışının həyata keçdiyini və bu sahədə uzun zamandır görünməmiş ciddi bir uğura imza atıldığı qeyd olunub. Nəşriyyatın rəhbəri Conatan Karp, kitabın uğuru ilə bağlı, "Bu, mədəni bir fenomendir. İnsanların bu mövzuda böyük bir iştahaya sahib olduğu çox açıqdır" deyib.

ABŞ-ın aparıcı kitab mağazalarından Barnes&nobles-də kitabın 2015-ci ildə çap olunan "Zikr Ağacının Kölgəsində" (Go Set a Watchman) adlı romandan sonra "ən sürətli satışı edilən" kitab olaraq qeydlərə keçdiyini açıqlayıb.

448 səhifəlik kitabda Trampın hazırda Ədliyyə Nazirliyi vəzifəsini icra edən Cef Sessions üçün "Zehni əngəlli. Axmaq bir Güneyli" ifadəsindən istifadə etdiyi, Ticarət Naziri Vilbur Rossun üzünə qarşı isə" Sənə inanmıram, artıq müzakirələrdə iştirak etməyini istəmirəm" dediyi iddia edilib.

Kitabda, Trampın 2017-ci ildə kimyəvi silah hücumundan sonra Bəşər Əsəd haqqında, "Bu lənətə gəlmiş qatili öldürək. İçəri girib bunların çoxunu öldürək". sözlərini ifadə etdiyi irəli sürülüb.

Kitabın mətbuata əks olunan bəzi hissələrinə dair yazılı açıqlama verən Ağ Ev aözçüsü Sarah Sanders, kitabda bir çox uydurma hekayədən bəhs edildiyini və səhvlərlə dolu olduğunu bidlirib.

Sanders, "Bu kitab, böyük hissəsi bəzi keçmiş incik düşən əməkdaşların ifadələrinə əsaslanan uydurulmuş nağıllardan başqa bir şey deyil və hamısı da prezidenti pis göstərmək məqsədi daşıyır" deyib.

Tramp da müxtəlif vasitələrlə verdiyi bəyanatlarla, Vudvardın kitabının "uydurma" iddialarla dolu olduğunu bildirmişdi.

Qeyd edək ki, ABŞ Prezidenti Trmpın sədrlik kürsüsündəki ilk ilini izah edən Maykl Wolff imzalı "Atəş və Qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitab da yanvar ayında intensiv mübahisələrə səbəb olmuş, Tramp, kitabın dərc olunmaması üçün nəşriyyata xəbərdarlıq məktubu göndərmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.