İlham Əliyev Kəbədə namaz qıldı

7-04-2015, 13:09           
İlham Əliyev Kəbədə namaz qıldı
Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar.

teref.az Azərtaca-a istinadən xəbər verir ki, prezident və ailəsi xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.

Dövlət başçısı və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Prezident və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil oldular, burada namaz qıldılar.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr etdi.

Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru