Bakıda barın loqosunda qatil Andranikin şəkli – ŞOK FOTOLAR

7-04-2015, 13:20           
Bakıda barın loqosunda qatil Andranikin şəkli – ŞOK FOTOLAR
Paytaxtda fəaliyyət göstərən pivə barlarından birinin loqosuna erməni cəlladı, vaxtilə türklərə qarşı qətliamlarda fəal iştirak etmiş Andranik Ozanyanın şəkli vurulub.
Publika.az xəbər verir ki, Bakı şəhəri A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən “Montinburg” adlı pub öz nişanına Andranikin şəklini vurub.
Pivə barının girişindəki nişandakı fotoya diqqət yetirin. Bu erməni cəlladı Andronikin fotosudur. Qəribədir, “Montinburg” adlı pivə barının rəhbərliyi bununla nə demək istəyir? Yeri gəlmişkən, həmin pivə barındakı qiymətlər də od tutub yanır. Maraqlıdır, görəsən pivə barının rəhbərliyini erməni cəlladını təbliğ etməyə nə vadar edir?













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.