“Prezidenti Məkkədə görəndə ağladım” - Şeyxin qudası
8-04-2015, 13:20

“Prezidentin Məkkədə Ümrə ziyarətində olan kadrlarını görəndə ağladım. Bir saatdan çox gözümdən yaş gəlib”.
Bunu AzVision.az-a açıqlamasında 26 dəfə Həcc ziyarətində olmuş millət vəkili Hacı Qalib Salahzadə deyib.
Onun sözlərinə görə, Prezident və ailəsinin Məkkədə namaz qılması, müqəddəs yerləri ziyarət etməsi ölkə başçısının dinə, müsəlmanlara olan diqqətinin, sevgisinin göstəricisidir.
“Ziyarət zamanı mən özüm də Kəbədə olmuşam. Kəbə evinin içərisində olmaq əsrlər boyu yaddan çıxmayacaq qədər əlamətdardır. Cənab prezident ailə üzvləri ilə birlikdə oraya gedib. Kəbə evində olmaq, oranı ziyarət etmək hər insana qismət olmur. Allah cənab prezidenti və ailəsini görün nə qədər çox istəyir ki, orada olublar.
Allahın izni olmasa heç kim Kəbə evinə daxil ola bilməz. Bu bizim cənab prezidentimizə də qismət oldu”-deyə millət vəkili vurğulayıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev və ailə üzvləri Məkkədə Ümrə ziyarətində olublar. Prezident və ailəsi Kəbəyə daxil olaraq orada namaz qılıblar.