ZAKİR FƏRƏCOVUN SOVXOZ TALANI YUXARI DAİRƏLƏRİN DİQQƏTİNDƏ - YOXLAMALAR BAŞLAYA BİLƏR

8-04-2015, 16:23           
ZAKİR FƏRƏCOVUN SOVXOZ TALANI YUXARI DAİRƏLƏRİN DİQQƏTİNDƏ - YOXLAMALAR BAŞLAYA BİLƏR
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsindən sonra ölkənin bir sıra rayonlarında yeni kadastr planının hazırlanması, dövlət və şəxsi mülkiyyətdə olan torpaqların dəqiqləşdirilməsi prossesinə başlanılıb. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə bildirir ki, hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə ləğv edilmiş komitənin yüksək vəzifəli əməkdaşlarından ibarət komissiya işə başlayıb. Dövlət Reyestr Xidmətinin əməkdaşları torpaqlar üzrə xəritələrin dəqiqləşdirilməsi prossesini həyata keçirirlər.

Ləğv edilmiş Dövlət Torpaq Və Xəritəçəkmə Komitəsinin Abşeron rayonu üzrə şöbəsində xəritələrin tərtib edilməsinə dair çoxlu sayda aktların ləğv edilməsi planlaşdırılıb. Hazırda Nazirlər Kabinetinə təqdim edilmiş qüsurlu torpaq aktları və xəritələrə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəy verdiyi söylənilir. Araşdırmaların sonucu olaraq Abşeron rayonu ərazisində yerləşən kolxoz və sovxozların və həmçinin də dövlət mülkiyyətində olan torpaq təsərrüfatlarının xəritələrinin fərdi yaşayış evləri və ayrı-ayrı hüquqi şəxslərə satılması məqamları ortaya çıxıb.

Bilgilərə əsasən birbaşa imzası olmasa da dövlət mülkiyyətində olan torpaqların Abşeron rayonunda ayrı-ayrı bələdiyyələrin möhürü ilə fiziki və hüquqi şəxslərə uzunmüddətli icarəyə verilməsi və satılması faktları müəyyən olunub.

Bir qədər qədər əvvəl GUNDEMİNFO.AZ olaraq mövzu ilə bağlı yazmışdıq ki, Abşeron rayonu ərazisində yerləşən Atçılıq Sovxozunun ərazisi də satışa çıxarılıb və hətta bu işdə dövlətdən gizlin olaraq bir sıra sabiq məmurlar da işt irak endiblər. Hətta dövlətin balansında olan və Abşeron RİH-ə heç bir aidiyyatı olmayan torpaqların şəhərcik halında satışına dair məqamlar ortaya çıxıb.

Onu da əlavə edək ki, Bakının Abşeron rayonunda torpaqların sənədləşdirilməsinə dair Dünya Bankı ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış qrant sazişinə əsasən pilot layihə də həyata keçirilib. Bu layihənin həyata keçirilməsi isə bu günə qədər başa çatdırılmayıb. Bu mövzu ilə bağlı olaraq redaksiyamıza daxil olan informasiyaları da diqqətinizə çatdıracağıq. Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış sazişə əsasən torpaqların sənədləşdirilməsi layihəsinə Abşeron Rayon İcra Hakimiyyətinin hansı «töhfələr» verdiyinə dair ilginc məqamları da açıqlayacağıq. Bizi izləyin.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.