Bakıda kütləvi dava olub – İki qardaş bıçaqlanıb

22-12-2016, 13:03           
Bakıda kütləvi dava olub – İki qardaş bıçaqlanıb
Bakıda kütləvi dava zamanı iki qardaş bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri Mülkədar Nəzərov və onun qardaşı İsgəndər Nəzərov əvvəlcə döyülüb. Daha sonra hər iki qardaşın bədənlərinin müxtəlif nahiyələrinə daş və bıçaqla xəsarət yetiriblər.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qardaşların qohumlarının dediyinə görə, hadisə Mülkədar Nəzərovun yaşadığı evin qarşısında baş verib. İki qardaşı da M.Nəzərovun qaynı və dostları döyərək bıçaqlayıb.Onlar bildirib ki, yeznə və qayın arasında əvvəllər də mübahisə olub.
Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, M. Nəzərovun qaynı Oruc Salmanov və daha iki nəfər saxlanılıb.
Faktla əlaqədar araşdırma davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru