“Şimal xəbərləri” qəzetinin baş redaktoru Fəxri diploma layiq görüldü

3-02-2017, 22:13           

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində çıxan “Dərbənd” qəzeti redaksiyasından aldığımız məlumata görə, “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev Azərbaycan və Dağıstan xalqları arasındakı dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatının və Beynəlxalq “Gülüstan” Ədəbiyyatçılar İttifaqının “Dostluq-Drujba” Fəxri diplomuna layiq görülüb. Bu münasibətlə “Dərbənd” qəzeti 3 fevral 2017-ci il tarixli nömrəsində M. Mehdiyev haqqında tanınmış şair, publisist və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatı Federal Şurasının üzvü Tahir Salehin “Elin vətənpərvər oğlu” sərlövhəli məqaləsini dərc edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru