Xocavəndin icra başçısından ilginc ŞİKAYƏT
9-10-2015, 22:24
TEREF.İNFO yazır ki, Xocavənd sakini TİA.AZ-a müraciət edib. Məcburi köçkün Zakir Quliyev uzun müddətdir ki, Beyləqanda Rusiyada olan yaxın qohumunun evində yaşayır. İş yeri Xocavənd rayonunda olduğundan hər gün məcburən Beyləqandan ora gedib-gəlir.
İki azyaşlı uşaq atası Z.Quliyev nə qədər çalışsa da Xocavənd rayonunda məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına tikilmiş evlərdən mənzil ala bilməyib, daha doğrusu ona ev verməyiblər. Z. Quliyevə Beyləqanda evi olub-olmadığını yoxlamadan ona deyiblər ki, ev düşmür. Xocavənddə Z. Quliyev kimi evi olmayan və məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına tikilmiş evlərdən ala bilməyən bir çox məcburi köçkünə rast gəlmək mümkündür.
Məlumata görə, Xocavənd rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirovaya məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına tikilmiş evlərdən pay düşüb. 25 ildən çoxdur ki, Xocavənd rayon İcra Hakimiyyətini başçısı vəzifəsində işləyən Eyvaz Hüseynovun ən yaxın dostlarından hesab olunan Nurəngiz Bəşirovanın Beyləqanda, Bakıda və Azərbaycanın bir neçə rayonlarında evləri, villaları var.