Hüseynbala Mirələmovun razılaşdırılmış görüşü baş tutmadı...

11-10-2015, 19:50           
Hüseynbala Mirələmovun razılaşdırılmış görüşü baş tutmadı...
TİA.AZ xəbər verir ki,bu gün Xətai rayon 33- saylı seçki dairəsindən namizədliyini 3-cü dəfə irəli sürən, hər kəs üçün təqaüd yaşı hesab edilən 65-i də ötüb, yaşı 70-ə çatmış Hüseynbala Mirələmovun Dairə Seçki Komissiyası ilə razılaşdırılmış görüşü açıq havada, Məzahir Rüstəmov 31 ünvanında baş tutmalı idi.
Amma nədənsə baş tuta bilmədi. Əldə etdiyimiz məlumata görə, Görüşə məktəb müəllimləri məcburi qaydada təxminən 100 nəfərə yaxın müəllimcəlb edilib. Görüş başlamazdan əvvəl müəllimlər arasındakı partiya üzvü müəllimlərinin fəallarından biri siyahı üzrə hansı müəllimin gəlib, hansının gəlmədiyini yoxladıqdan sonra, gəlməyənlərə qayıb qoyub. Daha sonra tədbir başlayıb. Tədbirdə də, elə həmin fəal xanım müəllimə sözə başlayıb. İki kəlmə kəsməmiş, məcburi toplanmış müəllimlər yağışı bəhanə edib dağılışıblar. Sözü ağzında qalımış millət vəkili kor-peşman görüşü beləcə başa vurmalı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru