Astarada seçki qalmaqalla gedir - MSK-ya müraciət ediləcək

12-10-2015, 10:08           
Astarada seçki qalmaqalla gedir - MSK-ya müraciət ediləcək
77 saylı Astara Seçki Dairəsi üzrə YAP-ın namizədi Rəşad Mahmudovdan Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət olunacaq.

Bu barədə Arqument.Az-a Astaradan məlumat daxil olub.

Məlumatda bildirilir ki, MSK-ya digər namizədlər şikayət edəcəklər. Onlar əllərində kifayət qədər video və fotofaktların olduğunu iddia ediblər. Belə ki, 77 saylı Astara Seçki Dairəsində ciddi qanun pozuntularının olduğu bildirilir.

"YAP-ın namizədlərinin görüşlərin vəzfəli şəxslər təşkil edirlər. İcra başçısının müavinləri, icra nümayəndələri, bələdiyyə sədrləri və məktəb direktorları görüşlərdə iştirak edir və birbaşa təşkilatçılardır. İlk gündən qanun pozuntuları ilə təbliğat və təşviqata başlayıblar. Yaxın günlərdə faktları MSK-ya təqdim edəcək və ictimailəşdirəcəyik. Ümid edirik ki, Rəşad Mahmudovla bağlı tədbir görüləcək", - müraciət müəllifləri qeyd edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru