Saatlı təhsili kiminsə umrundadırmı? - ŞİKAYƏT VAR

12-10-2015, 15:22           
Saatlı təhsili kiminsə umrundadırmı? - ŞİKAYƏT VAR
Saatlı sakini TİA.AZ-a şikayət məktubu göndərib. Rayonun Məzrəli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi olan Sara Həsənova təhsil ocağında neqativ hallardan gileylənib.

Onun sözlərinə görə, Rusiyada böyük biznes təcrübəsi toplamış Məzrəli kənd məktəbinin direktoru Əli Əliyev təhsil müəssisəsini bazara çevirib. Müəllimə qeyd edib ki, bu il aprelin 5-dən təsadüf nəticəsində Əliyev məktəbə direktorluq etməkdədir.
Əslində, bu şəxs Rusiyada yaşadığı illərdə qarpız alveri ilə məşğul olub. Saatlıya döndükdən sonra bu biznesdən qazandığı pullar hesabına Məzrəli məktəbinə qeri-rəsmi direktor təyin olunub. Təhsil Nazirliyindən onun barəsində əmr verilməyib.
“Məktəbimizdə işlədiyi qısa zaman ərzində alver yüksək zirvələrə çatıb. Mən və tədris işləri üzrə direktor müavini Rasim Səmədov Azərbaycan Müəllimlər İnstitutuna Saatlə rayon Təhsil Şöbəsindən 24 günlük ixtisasartırma kurslarına göndərildik. Kursda olduğumuz zaman dərslərimiz əvəzedici müəllimlər tərəfindən keçirilməli, bunun müqabilində isə əlavə əməkhaqqı almalıydılar.
Biz iki müəllim kursda olarkən dərs cədvəllərində dəyişiklik edilməyərək mənim dərslərim - Azərbaycan dili və ədəbiyyat dərsləri ixtisas müəlliminə tapşırılmaq əvəzinə, məktəbdə əmək müəllimi işləyən Mirzəyeva Nəzakətin adına yazılıb. Lakin dərslər əsasən keçilməyib.
Eyni zamanda, Rasim Səmədovun da riyaziyyat dərsləri başqa müəllimin adına yazıb. Ancaq həmin əlavə əməkhaqqı Əliyev Əli tərəfindən qanunsuz olaraq mənimsənilib.
Həmin ayda məktəbimizin qarovulçusu Teymurov Eldar infarkt keçirərək xəstəliyi üzrə tibbi məzuniyyət götürmüş, ibtidai sinif müəllimi işləyən arvadi Teymurov Tahibə də yoldaşına qulluq etmək üçun ödənişli məzuniyyət götürmüşdü.
Əliyev Əli 2015-ci ilin iyul ayinda Azərbaycan Respublikasi Təhsil Nazirliyinin keçirdiyi orta məktəb direktorlarının işəqəbulu üzrə müsabiqə və müsahibə imtahanindan keçməyərək namizədliyini doğrultmadığı halda Məzrəli kənd tam orta məktəbində direktor adı altında alverçilik etməkdədir.
Misal üçün İmişli rayonundan gəlmiş riyaziyyat müəllimi Aysel Cəfərzadənin adina 6-cı və 7-ci siniflerde verdiyi 2 saat informatika dərslərini göstərmək olar. Həmin 2 saat informatika dərslərini keçməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.