“Zara” mağazası müştərinin haqqını pozub

13-10-2015, 00:45           
“Zara” mağazası müştərinin haqqını pozub
Bakıda məşhur “Zara” mağazası alıcının hüquqlarını pozub.

TİA.AZ xəbər verir ki, bu barədə jurnalist Lalə Musaqızı “Facebook” səhifəsində məlumat verib. O, bildirib ki, övladına mağazadan geyim alıb. Lakin geyimin rəngi uyğun olmadığı üçün 4 gün sonra həyat yoldaşı mağazaya qaytarmaq istəyib. Amma mağazadan deyilib ki, qaytarmaq mümkün deyil, bir həftə ərzində yalnız dəyişmək olar.
Jurnalist İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “qaynar xətt”inə müraciət edib. Qurumda şikayət dinlənilib və ərizə tərtib edilib.
Bildirilib ki, şikayətə baxılacaq. Həmçinin qeyd olunub ki, "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən vətəndaşın 2 həftə ərzində aldığı malı qaytarmaq hüququ var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru