“Un Kralı“ından seçicilərə 25 kq un, 10 manat pul - Rəzalət
14-10-2015, 12:51
79 saylı İmişli seçki dairəsindən yenidən millət vəkilliyinə namizəd olan, Milli Məclisin "lal"deputatı Əsabil Qasımov imişli əhalisi qarşısına çıxmağa üzü olmadığından, seçiciləri 25 kq çəkisi olan un kisəsi və 10 manat pulla ələ almağa çalışır.
Daxil olan məlumata görə, dünən Əsabil Qasımova məxsus "Karmen" unları ilə dolu 4 maşın İmişliyə daxil olub və maşın dolu unlar müxtəlif yerlərə boşaldılıb.
Maraqlısı budur ki, "Un kralı"nın seçicilərlə belə "Horra" siyasətini bu günə kimi heç bir deputatlığa namizəd tədbiq etməyib. İlk dəfədir ki, Əsabil Qasımovun şəxsində seçki kompaniyasında "Un"dan və 10 AZn-dən istifadə metodu tədbiq edilir.
5 ildi parlamentdə İmişli əhalisinin problemlərinin qaldırılması üçün müəyyən edilən kreslonu "zanit"edən Əsabil Qasımov bir kərə də olsun bir imişlilinin yaralı barmağın sarımadığı halda, indi birdən birə ürəklənərək hərəyə 25 kq çəkidə bir kisə un və 10 manat pul paylamaq istəyir. Görünür Əsabil Qasımovun imicmeykerləri "Un kralı"na belə kampaniyaya start verməsin istəyiblər. O zaman yəqin ki, Əsabil Qasımov özü üçün "Un Yalnız Qarın Acanda Gərəkdir" devizini də seçər.
Gözləyək görək, Əsabil Qasımovun bu siyasətini imişli əhalisi qəbul edəcəkmi?(veteninfo.az)