"Mado" da murdarçılıq

16-10-2015, 13:02           
"Mado" da murdarçılıq
Bakıda tanınmış kafelərdən birində biabırçı olay baş verib.

AzNews.az xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən "Mado"da baş verib. Belə ki, müştərilərdən birinin mürəbbəsinin içindən milçək çıxıb. Kafe rəhbərliyinə iradını bildirən müştəri sadəcə "üzr istəyirik, hadisədir də, olub" cavabıyla kifayətlənməli olub.

Qeyd edək ki, ötən il "Mado"ya qarşı sosial şəbəkələrdə boykot kampaniyasına başladılmışdı. Kampaniyaya səbəb elə Nizami küçəsində yerləşən kafenin piyadalar üçün nəzərdə tutulmuş yolu bağlaması idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru