Xətaidə ağaclar kəsilməsi üçün hasara alındı — FOTOLAR

4-01-2019, 10:42           
Xətaidə ağaclar kəsilməsi üçün hasara alındı — FOTOLAR
Paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsi, ev 23 - 24 ünvanında yaşayan sakinlər ərazidəki ağacların kəsilməsi ilə bağlı redaksiyamıza müraciət edib.

"Ölkə.Az" xəbər verir ki, sakinlər öz müraciətlərində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxslərindən şikayət ediblər.
Sakinlər deyir ki, həmin ərazi metronun "Əhmədli" stansiyasının yaxınında yerləşir:

"Həyətimiz - uşaqların və yaşlıların yeganə istirahət məkanı qansız tikinti işbazlarının caynağından qurtula bilmir. Əvvəl yaşıl soyqırım həyata keçirdilər, indi də katlavan qazmağa hazırlaşırlar. Danışmaq istəyəni də polislə hədələyirlər. Bunlara sənəd verənin görəsən ağlı yerində olubmu? 600 nəfərə yaxın sakin - xəstə, yaşlı, təqaüdçü, uşaq, qadın rəsmən istirahət yerindən məhrum olub, həyətdə dəhşətli avtomobil sıxlığı yaranıb", - deyə sakinlər qeyd edir.

Sakinlər ərazidən çəkilmiş fotoları da redaksiyamıza təqdim ediblər.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru