Şəki RİH-nın başçısı yeni islahatlarla ayaqlaşa bilmir - Elxan Usubova yol görünür....

7-01-2019, 11:10           
Şəki RİH-nın başçısı yeni islahatlarla ayaqlaşa bilmir - Elxan Usubova yol görünür....
Keçən ilin sonlarında bir neçə rayonun icra hakimiyyəti başçısı dəyişdirildi ki, əslində, bununla bağlı əvvəlindən məlumat verilmişdi.
Bilgilərdə qeyd edilirdi ki, hakimiyyət prezident seçkilərindən sonra vintləri möhkəmləndirmə amaclı bir sıra yerdəyişmələrə gedəcək ki, bunlar da baş tutdu.
DİA.AZ-a daxil olan son məlumatda isə qeyd olunur ki, daha bir neə rayonun icra başçısı dəyişdiriləcək. Bu barədə xəbəri verən qaynaq dəyişikliklərdən birinin
Şəki RİH-də baş tutacağını deyir.

Mənbəyə görə, hazırki icra başçısı Elxan Usubov tutduğu vəzifəsindən azad ediləcək. Onun yerinə kimin təyin ediləcəyini dəqiqləşdirilməyib. Mənbə bildirir ki, Elxan Usubov da yenidən təyinat ala bilməsi üçün çaba sərf edir və hazırda onun yeni postu ilə bağlı müzakirələr aparılır.

Mənbənin dia.az-a söylədikləri: "Elxan Usubov kifayət qədər çevrəli icra başçılarındandır və bu baxəmdan onun yenidən təyinat alacağı daha çox proqnozlaşdırılır".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru