SON DƏQİQƏ: Bakının Xətai rayonunda daha bir ərazidə ağac “qırğın”ı törətmək istəyirlər - HASARLANDI

7-01-2019, 11:36           
SON DƏQİQƏ: Bakının Xətai rayonunda daha bir ərazidə ağac “qırğın”ı törətmək istəyirlər - HASARLANDI
Bakıda daha bir rayonda ağac "qırğın”ı törətmək istəyirlər.

Teref.az-ın məlumatına görə bakupost xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, şikayət paytaxtda ağacların ən çox kəsildiyi Xətai rayonundandır. Məhəmməd Hadi küçəsi, ev 23-24 ünvanında yaşayan sakinlərin sözlərinə görə, metronun Əhmədli stansiyasının yaxınlığında ağaclıq ərazi hasara alınıb. Əhmədli camaatı bildirir ki, ərazinin hasara alınmasında məqsəd ağacların qırılmasıdır.

"Bundan əvvəl də ağacları qırmışdılar. Xətai Rayon İcra Hakimiyyəti bu məsələyə göz yummure, onlar birbaşa bu ağac soyqırımına icazə verirlər. İstirahət yerimizi də əlimizdən alırlar”.

Sosial şəbəkələrdə ağacların hasara alındığı ərazinin fotoları da yayılıb. Fotolardan ağacların bir hissəsinin artıq kəsildiyi görünür:
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru