“Dellora”dan inanılmaz FIRILDAQ: "2600 ödədik, ancaq bizə köhnə mebel satdılar”

8-01-2019, 11:59           
“Dellora”dan inanılmaz FIRILDAQ: "2600 ödədik, ancaq bizə köhnə mebel satdılar”
Bakı sakini Sona Həsənova "Dellora” mebel salonunun onlara köhnə mebel satdığını iddia edir.

Teref.az xəbər verir ki, bu səbəbdən "Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, elana əsasən köhnə mebelini yeni mebellə əvəzləmək üçün şirkətə təqdim edib. Ancaq onlara yenidən köhnə mebel verilib:

"Ötən il sentyabrın 5-də öz köhnə mebelimi "Dellora” mağazalar şəbəkəsinə təhvil verdim. Mən işdə, həyat yoldaşım isə xəstəxanada olanda yeni mebeli qaynıma təhvil veriblər. O da fikir verməyib. Sonradan biz gördük ki, mebel köhnədir. Üzərində xeyli cızıqlar var. Mağaza işçilərinə dedik, gəlib baxdılar. Ancaq dəyişmirlər. 2600 manat pul ödəmişik, əvəzində köhnə mebel verildi”.

Məsələylə bağlı şirkət nümayəndəsi Səbinə Mirzəyeva bildirilib ki, mebeldəki cızıqlar və qeyd onunan digər problemlər sonradan yaranıb:

"Mebeldə hər hansı bir problem yarandığı təqdirdə 14 gün ərzində dəyişmək və qaytarmaq mümkündür. Ancaq sözügedən şəxs bizə 3 ay sonra müraciət edib. Qeyd etdiyi bütün səbəblər sonradan yaranıb. Sadəcə bir detalında problem var, onu düzəltmək istəyirik, razı olmur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru