Ağsuda icra hakimiyyəti kənd qəbristanlığını satıb - NARAZILIQ...

26-08-2019, 09:29           
Ağsuda icra hakimiyyəti kənd qəbristanlığını satıb - NARAZILIQ...
"Ağsuda icra hakimiyyəti orqanları, bələdiyyələr dədə-babalarının uyuduğu qəbiristanlıqları da tamahlarına qurban ediblər. Ağsu rayonu, Pirhəsənli kəndinin qəbristanlığında hazırkı icra başçısının peyğəmbər nəslindən olan atası Mirqasım Ağanın ruhu indi qan ağlayır". Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Daha sonra bildirilir: "Qəbristanlığın üstündəki sahədə qonşu kəndin icra nümayəndəsi Asif adlı şəxs obyekt tikintisinə başlayıb və rayonun icra başçısından sahəni satın aldığını bildirib.

Ağsuda, özəlliklə Pirhəsənli kəndində yas məclisləri Mirqasım Ağaya özəl salavatla başlayır və bu gerçək Allah adamının, Peyğəmbər övladının anımı ilə başa çatır. 10 ildir atasının yanında uyuyan Ağanın böyük oğlu Mirkazım Ağa da sağlığında həmin sahənin satıla, bölünə bilməzliyini vurğulamışdı. Hazırkı icra başçısı isə qəbir-yurd yerlərini tamahına qurban verməkdə davam edir".

İddia olunanlalra bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru