Qubad İbadoğlu məsləhət verəcək

31-08-2019, 11:28           
Qubad İbadoğlu məsləhət verəcək
İqtisadçı-alim Qubad İbadoğlu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun (CAREC) Məsləhət Şurasının üzvü seçilib.

Cebhe.info xəbər verir ki, bu barədə iqtisadçı özü məlumat verib. Qubad İbadoğlu deyib ki, missiyasının regionda fəaliyyət göstərən aparıcı analitik mərkəzlərin fəaliyyətini gücləndirmək üçün məsləhətlər vermək olacaq:

“Artıq bu işə Çinin Xian şəhərində keçirilən CAREC-in 4-cü Beyin Mərkəzləri Forumunda start verdik”. Analitik hətta növbəti 3 il ərzində fəaliyyət göstərəcəyi Məsləhət Qrupu üzvləri ilə birlikdə xatirə şəkli də çəkdirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.