Vaqif Mustafayev şadlıq evləri operatorlarını iş vədi ilə “Space”ə dəvət edib?

11-09-2019, 07:37           
Vaqif Mustafayev şadlıq evləri operatorlarını iş vədi ilə “Space”ə dəvət edib?
“Space”in daha iki əməkdaşı istefa verib
Azərbaycanın “Space” televiziya kanalında çalışanlardan daha iki operator istefa verib. Sözügedən kanalın işçilərindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, buna səbəb onların aylardır kanaldan maaş ala bilməmələridir.

Onların sözlərinə görə, dəfələrlə kanal rəhbərliyinə maaşla bağlı yazılı və şifahi şəkidə müraciət etsələr də, bir nəticəsi olmayıb.

Vəziyyət o həddə çatıb ki, telekanalın baş operator vəzifəsini icra edən Fuad Atakişiyev də istefa ərizəsini yazaraq işdən ayrılmaq məcburiyyətində qalıb.


Fuad Atakişiyev
Baş operatorun istefası kanalın fəaliyyətinə təsirsiz ötüşməyib. Kanal çalışnalarından verilən məlumatda bildirilir ki, verlişlər texniki işçilərin çatışmaması səbəbinən təyin olunan vaxtda çəkilməyib.

Ötən gün isə, Elgün Hümbətov adlı daha bir operator öz ərizəsi ilə “Space” dən ayrılıb.


Elgün Hümbətov

Çıxılmaz vəziyyətdə qalan kanal rəhbərliyi Bakı və rayonlardakı şadlıq evlərində çalışan operatorları iş vədi ilə kanala dəvət edib. Aldığımız məlumatda deyilir ki, “Space” in bir əməkdaşı kanala dəvət olunan operatorların hər birindən 300-500 manat arası pul alaraq onlara bildirib ki, bir aylıq təcrübədən sonra hər birinizin işlə bağlı əmri veriləcək.

Lakin bunun sadəcə bir vəd olduğunu anlayan operatorlar ötən gün “Space” telekanalının rəhbəri, tanınmış kinorejissor Vaqif Mustafayevlə görüşmək istədiklərini bildiriblər. V.Mustafayevin köməkçisi həmin operatorlara deyib ki, onlara “Space” rəhbərliyi tərəfindən heç bir zaman iş vədi verilməyib.

“Space” in rəhbərliyindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.